Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3% artıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Biznes
12 Noyabr , 2021 12:15
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” bu barədə Dövlət Statlistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 %, qeyri-ərzaq malları üzrə 3,5 % artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir,

milyon manatla

2020-ci ilin yanvar-oktyabr

aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 34 433,6 102,9
o cümlədən:
ərzaq məhsulları 16 865,7 102,5
içkilər və tütün məmulatları 1 735,6 100,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 296,5 101,3
elektrik malları və mebellər 1 856,8 101,6
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 321,2 127,8
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 758,6 136,3
avtomobil benzini və dizel yanacağı 2 078,6 103,4
digər qeyri-ərzaq malları 5 520,6 101,6

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49 %-i ərzaq məhsullarının, 5 %-i içkilər və tütün məmulatlarının, 15,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 5,4 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Bu ilin yanvar-oktyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27 %-i ticarət müəssisələri, 49,8 %-i fərdi sahibkarlar tərəfindən, 23,2 %-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 20,4 % artıb, fərdi sahibkarlar üzrə 3,1 %, bazar və yarmarkalarda 0,8 % azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 343,8 manatlıq, o cümlədən 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,1 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi