Azərbaycanda pandemiyadan zərər çəkmiş sahibkarlar 20 milyon manat subsidiya alıb

Azərbaycanda pandemiyadan zərər çəkmiş sahibkarlar 20 milyon manat subsidiya alıb Mexanizmin icrası üzrə işlər davam etdirilir.
Biznes
29 Yanvar , 2021 19:02
Azərbaycanda pandemiyadan zərər çəkmiş sahibkarlar 20 milyon manat subsidiya alıb

2020-ci ildən tətbiq edilən mexanizmə uyğun olaraq, Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixinədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir. Artıq bu mexanizm çərçivəsində kredit qalığı 483 milyon manat 1 992 müraciət üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib və bunlardan 1365-i üzrə 20 milyon manat subsidiya ödənişi həyata keçirilib.

Mexanizmin icrası üzrə işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi