Azərbaycanda özəlləşdirməyə çıxarılmış dövlət əmlakı hərracda 3 dəfə bahalaşıb

Azərbaycanda özəlləşdirməyə çıxarılmış dövlət əmlakı hərracda 3 dəfə bahalaşıb Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
Biznes
27 Fevral , 2018 14:57
Azərbaycanda özəlləşdirməyə çıxarılmış dövlət əmlakı hərracda 3 dəfə bahalaşıb
Report

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

“Report” Komitəyə istinadən xəbər verir ki, hərracda Bakının Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzrə 20 dəqiqə rəqabət gedib.

Əmlaka dair sifariş vermiş 3 nəfər ardıcıl olaraq təkliflər səsləndirib. Son nəticədə qeyri-yaşayış sahəsinin qiyməti 250 min manatdan 631 min manata qalxıb.

Eyni tendensiya VAZ-2106 markalı nəqliyyat vasitəsinin özəllləşdirilməsində də müşahidə edilib. Hərracda 2 nəfərin sifariş verdiyi minik avtomobili 100 manat bahalaşaraq 1 300 manata satılıb. Sifarişçilərdən biri hərraca onlayn rejimdə qatılıb.

Ümumilikdə, bugünkü hərracda özəlləşdirilmiş 10 dövlət əmlakından 3-ü kiçik dövlət müəssisəsi və obyekti, 3-ü qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 3-ü isə nəqliyyat vasitəsi olub. Kiçik dövlət müəssisələri Bakı və Şirvan şəhərlərində, eləcə də İmişli rayonunda, qeyri-yaşayış sahələri isə paytaxtın Nərimanov və Nəsimi rayonlarında, eləcə də Gəncə şəhərində yerləşir. Nəqliyyat vasitələri isə markaları müxtəlif olmaqla 1989-2005-ci buraxılış illərini əhatə edir. 

Son xəbərlər

Orphus sistemi