Azərbaycanda özəlləşdirmə nəticəsində 1,1 mlrd. manatdan çox investisiya yatırılıb

Azərbaycanda özəlləşdirmə nəticəsində 1,1 mlrd. manatdan çox investisiya yatırılıb Özəlləşdirilən idarə və müəssisələrdə 320 mindən çox yeni iş yeri yaradılıb
Biznes
107
30 May , 2017 10:55
Azərbaycanda özəlləşdirmə nəticəsində 1,1 mlrd. manatdan çox investisiya yatırılıb
Report.az

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycanda aparılan özəlləşdirmə prosesi çərçivəsində ölkə iqtisadiyyatına 1,1 mlrd. manatdan çox investisiya yatırılıb.

“Report” xəbər verir ki, bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.

K.Həsənov özəlləşdirmə nəticəsində yeni iş yerlərinin də yaradıldığını qeyd edib: "Bizdə olan məlumata görə, özəlləşdirilən idarə və müəssisələrdə 320 mindən çox yeni iş yeri yaradılıb".

Komitə sədri deyib ki, özəlləşdirilməyə çıxarılan müəssisələrin qiymətləndirilməsi üçün müstəqil qiymətləndiricilər cəlb edilib: "Ötən müddət ərzində 35 hərrac keçirilib və nəticədə, 1 100-dən çox dövlət əmlakı özəlləşdirilib".

Son xəbərlər

Orphus sistemi