2021-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) proqnozdan 0,6 milyon manat çox - 130,6 milyon manat güzəştli kredit verib.
"Report" xəbər verir ki, bunu Fondun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.
Onun sözlərinə görə, bu məbləğ ümumi dəyəri 287,7 milyon manat olan 1 092 layihəyə ayrılıb.
Ötən il SİF-in verdiyi kreditlərin 60,4 milyon manatı və yaxud təxminən 46%-i kiçik və orta məbləğli kreditlər olub.