Azərbaycanda növbəti özəlləşdirmə hərracları elan olunub

Azərbaycanda növbəti özəlləşdirmə hərracları elan olunub İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13 və 20 dekabr tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.
Biznes
29 Noyabr , 2022 17:21
Azərbaycanda növbəti özəlləşdirmə hərracları elan olunub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 13-də və 20-də özəlləşdirmə hərracları keçirəcək.

"Report" quruma istinadən xəbər verir ki, ilk hərraca 30 nəqliyyat vasitəsi, növbəti hərraca isə 10 dövlət obyekti və 8 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Yaponiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1985-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə buradan tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi