Azərbaycanda monitorinq edilən şənlik mərasimlərinin sayı 2 mini keçib

Azərbaycanda monitorinq edilən şənlik mərasimlərinin sayı 2 mini keçib Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir.
Biznes
9 Avqust , 2021 15:41
Azərbaycanda monitorinq edilən şənlik mərasimlərinin sayı 2 mini keçib

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Aparılmış tədbirlər nəticəsində şənlik mərasimləri təşkil olunan obyektlərin xidmət personalı və qonaqlar arasında peyvənd və yaxud immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb, xidməti personalın vaksinləşmə göstəricisi 80%-dək yüksəlib. Bununla belə, bəzi obyektlərdə qayda pozuntusu hallarına hələ də rast gəlinir. İndiyə qədər monitorinq aparılan tədbirlərdə iştirak edən 249 min nəfərə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 25 minədək şəxsin sənədlərində nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 1200 nəfərə qədərinin tələblərə əməl etmədiyi müəyyən olunub.

Müşahidələr göstərir ki, rast gəlinən əsas pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədiyi halda daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların sayı və masalararası məsafə ilə bağlı tələb edilən məhdudiyyətlərin nəzərə alınmamasıdır.

Monitorinq qrupları məkan sahibləri ilə izahat işləri aparııqdan sonra həll oluna bilən pozuntularu aradan qaldırır və tədbirlərin qaydalara uyğun keçirilməsini təmin edir, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim edir.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl edilməli, həmçinin işçi heyətin vaksinləşməsinə və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsinə xüsusi diqqət yetirilməlidir.

Son xəbərlər

Orphus sistemi