Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb

Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb Orta aylıq xidmət haqqı 92 manat təşkil edib
Biznes
18 Aprel , 2017 19:54
Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda mənzillərin kirayə haqqı bu ilin mart ayında 1,2% bahalaşıb. Qiymətlərdə artım yanvar ayında 3,5%, fevral ayında 0,1% təşkil edib.

"Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, martda məzillərin orta aylıq kirayə haqqı 1 xidmət üzrə 92,36 manat təşkil edib. Bu göstərici yanvarda 90,37 manat, fevralda 90,97 manat olub.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, gəlinlik donunun kirayəsi mənzil kirayəsindən bahadır. Belə ki, mart ayında gəlinlik donunun kirayəsi üzrə orta aylıq qiymət 102,41 manat təşkil edib. Bildirək ki, hər iki xidmət istelak səbətinə daxildir. 

Son xəbərlər

Orphus sistemi