Azərbaycanda mənfəət vergisinin dərəcəsinə dəyişikliklər edilməsi müzakirə olunacaq

Azərbaycanda mənfəət vergisinin dərəcəsinə dəyişikliklər edilməsi müzakirə olunacaq Qarşıdakı dövrdə Azərbaycan və Dünya Bankının nümayəndələrindən ibarət işçi qrupu milli vergi qanunvericiliyinə fokuslanmaqla vergilərin dərəcə strukturundakı sabitlik səviyyəsinin qiymətləndirilməsi, korporativ gəlir vergisi (mənfəət vergisi) ilə bağlı d
Biznes
4 Oktyabr , 2022 17:10
Azərbaycanda mənfəət vergisinin dərəcəsinə dəyişikliklər edilməsi müzakirə olunacaq

Qarşıdakı dövrdə Azərbaycan və Dünya Bankının nümayəndələrindən ibarət işçi qrupu milli vergi qanunvericiliyinə fokuslanmaqla vergilərin dərəcə strukturundakı sabitlik səviyyəsinin qiymətləndirilməsi, korporativ gəlir vergisi (mənfəət vergisi) ilə bağlı dəyişikliklərin tezliyinin dəyərləndirilməsini diqqət mərkəzində saxlayacaq.

Bunu “Report”a müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.

“Bu istiqamətdə əsas işlər xərc komponentləri üzrə qiymətləndirmə və təhlil aparılması, bu sahədə mütərəqqi xarici təcrübənin öyrənilməsi, sahibkarlıq subyektləri, assosiasiyalar və dövlət orqanlarının iştirakı ilə görüşlərin keçirilməsi və müvafiq məsələlərin müzakirə edilməsinə yönəldiləcək. Müzakirələrin nəticəsi olaraq, bu istiqamətdə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsinə dair layihənin hazırlanması nəzərdə tutulur. Lakin, əlbəttə ki, qeyd etdiyim kimi, bu məsələ yalnız biznes dairələri ilə müzakirələrdən və mümkün risklərin təhlilindən sonra mümkün olacaq”, - o qeyd edib.

Hazırda Azərbaycanda mənfəət vergisinin dərəcəsi 20%-dir.

N.İmanovla müsahibəni tam şəkildə buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi