Azərbaycanda martda ixrac malları üzrə mindən artıq ekspertiza aktı tərtib olunub

Azərbaycanda martda ixrac malları üzrə mindən artıq ekspertiza aktı tərtib olunub Ekspertiza gömrükdən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə keçirilib
Biznes
7 Aprel , 2016 09:36
Azərbaycanda martda ixrac malları üzrə mindən artıq ekspertiza aktı tərtib olunub

Bakı. 7 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən bu ilin mart ayı ərzində Azərbaycanın gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün müvafiq ekspertizalar keçirilib.

“Report” Mərkəzə istinadən xəbər verir ki, ekspertizalarin nəticələrini təsdiq edən 1 044 ədəd ekspertiza aktı tərtib olunub.

Həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında taxıl və taxıl emalı məhsulları, meyvə-tərəvəz məhsulları, şəkər və qənnadı məmulatları, tamlı məhsullar, süd və süd məhsulları, ət və ət məhsulları, balıq və balıq emalı məhsulları, uşaq qidası məhsul qrupları üzrə 304 analiz aparılıb.

Son xəbərlər

Orphus sistemi