Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə maraq artıb

Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə maraq artıb Bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayı son bir ildə 6% artıb
Biznes
22 Yanvar , 2015 11:13
Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə maraq artıb

Bakı. 22 yanvar. REPOORT.AZ/ Azərbaycanda 2014-cü il ərzində Statistik vahidlərin Dövlət Registrində müəssisə və təşkilatların sayı 9,9% artaraq 2015-ci il yanvarın 1-i vəziyyətinə 94 563 vahid olub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 1,6%-ni və ya 1 509-nu maliyyə və sığorta fəaliyyəti üzrə təsərrüfat subyektləri təşkil edib. Beləliklə, bu göstərici illik müqayisədə 6,04% artıb.

Statistikaya görə, artım əsasən fəaliyyət növlərinin "Təhsil", "Digər sahələrdə xidmətlərin göstərilməsi", "Daşınmaz əmlakla əlaqədar əməliyyatlar", "Peşə, elmi və texniki fəaliyyət", "İnformasiya və rabitə" bölmələrində daha da nəzərə çarpacaq dərəcədə olub.

Son xəbərlər

Orphus sistemi