Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində çalışanların sayı artıb

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində çalışanların sayı artıb Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı açıqlanıb.
Biznes
17 Noyabr , 2018 12:46
Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində çalışanların sayı artıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı açıqlanıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il oktyabr ayının 1-nə maliyyə və sığorta fəaliyyəti ilə 24 900 nəfər məşğul olub ki, bunun 4 700-ü dövlət, 20 200-ü isə qeyri-dövlət sahəsinə aiddir.

Avqust ayı ilə müqayisədə sentyabrda maliyyə və sığorta işçilərinin sayı artıb. Statistik məlumatların təhlili onu deməyə əsas verir ki, dövlət maliyyə və sığorta sahəsində işçilərin sayı 300 nəfər və ya 1,5% artıb.

Hesabat dövründə bir ay ərzində orta hesabla 149,8 saat işləyən maliyyə və sığortaçılar orta hesabla 1 462,5 manat məvacib alıblar. Dövlət maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1 421,4 manat, qeyri-dövlət sahəsində 1 472,1 manat olub. Avqust ayı ilə müqayisədə sentyabrda maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 18,2 manat və ya 1,23% azalıb. 

Qeyd edək ki, maliyyə və sığorta sahəsində çalışanlar orta aylıq nominal əməkhaqqının məbləğinə görə ölkə üzrə ikinci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi