Azərbaycanda KOB subyektlərinin sayı açıqlanıb

Azərbaycanda KOB subyektlərinin sayı açıqlanıb Azərbaycanda KOB subyektlərinin müəyyən edilməsi ilə bağlı yeni meyarların tətbiq edildiyi, eləcə də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başladığı 2018-ci ildən bəri ölkədə KOB subyektlərinin sayı
Biznes
8 İyun , 2023 12:12
Azərbaycanda KOB subyektlərinin sayı açıqlanıb

Azərbaycanda KOB subyektlərinin müəyyən edilməsi ilə bağlı yeni meyarların tətbiq edildiyi, eləcə də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başladığı 2018-ci ildən bəri ölkədə KOB subyektlərinin sayı 45 % artaraq 356 minə yaxınlaşıb.

"Report" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində bildirib.

Onun sözlərinə görə, bu illərdə KOB-ların qeyri-neft ÜDM-də payı 23,5 %-dən 26,6 %-ə, qeyri-neft ixracında payı isə isə 23,3 %-dən 59,8 %-ə yüksəlib.

"Biz strateji fəaliyyət gündəliyimizi sahibkarlar ilə qarşılıqlı əlaqə şəklində, onların ehtiyac və inkişaf meyllərini öyrənməklə müəyyən edirik. Bu məqsədlə, həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla mütəmadi sorğular keçirilir, sahibkarlardan daxil olan müraciətlər təhlil olunur, sahəvi görüşlər və dəyirmi masalar təşkil olunur. Əldə olunan məlumatlar və aparılmış təhlillər əsasında ötən dövrdə biznes subyektləri və sahibkarlığa başlamaq istəyən şəxslər üçün bir sıra dəstək mexanizmləri yaradılıb və istifadəyə verilib. Belə ki, daxili bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən Startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış və s. dəstək tədbirləri biznesin inkişafı üçün səmərəli mexanizmlərdir. Ölkəmizin 3 fərqli bölgəsində fəaliyyət göstərən KOB Evlərimiz “one-stop shop” formatında “G2B” və “B2B” xidmətlər göstərməkdədir", - deyə sədr qeyd edib.

Son xəbərlər

Orphus sistemi