Azərbaycanda KOB-lar üçün onlayn təlim sistemi yaradılır

Azərbaycanda KOB-lar üçün onlayn təlim sistemi yaradılır Bu gün Bakıda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “AzerGold” QSC-nin birgə təşkilatçılığı ilə “Fərdi aqrar təsərrüfatlarının iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlim işə başlayıb.
Biznes
11 aprel 2019 13:14
Azərbaycanda KOB-lar üçün onlayn təlim sistemi yaradılır

Bu gün Bakıda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “AzerGold” QSC-nin birgə təşkilatçılığı ilə “Fərdi aqrar təsərrüfatlarının iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlim işə başlayıb. 

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib. 

Məlumata görə, Agentliyin sədri Orxan Məmmədov təlimdə çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi qurum müasir dövrün tələblərinə uyğun təlim sisteminin yaradılması istiqamətində işlər aparır və yaxın zamanlarda onlayn platformada reallaşacaq bu sistem sahibkarların istifadəsinə veriləcək. Bu sistem vasitəsilə həyata keçiriləcək təlimlər biznes subyektlərinin fəaliyyətlərinin daha səmərəli təşkilində əhəmiyyətli olacaq.

Tədbirdə KOBİA tərəfindən kiçik və orta biznes subyektlərinin təlim-tədris ehtiyacları nəzərə alınmaqla həyata keçirilən tədbirlər, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə təşkil olunan on-line təlimlər barədə də məlumat verilib. Vurğulanıb ki, bu təlimlər biznes mühitində baş verən dəyişikliklər barədə sahibkarları məlumatlandırmaqla yanaşı, dövlət-sahibkar dialoqunun inkişafına da öz töhfəsini verməkdədir.

İqlim dəyişikliyinin xüsusilə aqrar sahədə aktual məsələlərdən olduğunu qeyd edən Agentlik sədri müvafiq təlimin aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası üçün faydalı biliklər əldə edilməsi baxımdan önəmini diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi