Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə artıb Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2 dəfə artaraq 176,4 milyon manat olub.
Biznes
21 Mart , 2022 15:23
Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2 dəfə artaraq 176,4 milyon manat olub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,4 %-i hüquqi şəxslərin, 50,6 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2,4 dəfə artaraq 86,1 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi