Bu ilin yanvar-iyun aylarında Azərbaycanda verilmiş güzəştli kreditlərin 95,4%-i məhz regionların payına düşüb.
“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin müdiri Rüstəm Əliyev bildirib.
Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrinə verilən güzəştli kreditlərin məbləğ üzrə bölgüsündə isə 60,2 % kənd təsərrüfatının, 31,7 % sənayenin (o cümlədən kənd təsərrüfatı məhsullarının emalı), 6 % xidmət sahələrinin, 1,9 % turizmin, 0,3 % isə digər sahələrin payına düşüb.