Azərbaycanda gömrük əməliyyatların 65 %-i aşağı, 25 %-i orta, 10 %-i isə yuxarı risk qruplarına aiddir.
"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi təşkil edilmiş mediatur zamanı bildirilib.
Bundan başqa, qeyd olunub ki, gömrüklə bağlı elektron müraciətlər artıb, bu da bir sıra tədbirlərin optimallaşdırılması ilə bağlıdır. Həmin tədbirlərə müraciətlərin real vaxt rejimində qəbul edilməsi, vətəndaş qəbulunun elektron növbə əsasında həyata keçirilməsi, gömrük ombudsmanının təşkil edilməsi və Baş idarə rəisi ilə birbaşa “QR code” vasitəsilə əlaqə saxlanılması daxildir.