Azərbaycanda fəaliyyətini bərpa etmiş hüquqi şəxslərin sayı 25% artıb

Azərbaycanda fəaliyyətini bərpa etmiş hüquqi şəxslərin sayı 25% artıb Bu ilin yanvar-fevral aylarında fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrünə nisbətən 25,4%, fəaliyyəti aktivləşmiş əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı illik müqayisədə 29,5% artıb.
Biznes
11 Mart , 2022 17:50
Azərbaycanda fəaliyyətini bərpa etmiş hüquqi şəxslərin sayı 25% artıb

Bu ilin yanvar-fevral aylarında fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrünə nisbətən 25,4%, fəaliyyəti aktivləşmiş əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı illik müqayisədə 29,5% artıb.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu il martın 1-nə dövlət qeydiyyatında olan 147 874 kommersiya qurumundan 89 128-i aktiv olub. Ötən ilin eyni dövrünə nisbətən aktiv kommersiya qurumlarının sayı 12,2% artıb, onların xüsusi çəkisi isə 60,3%-ə çatıb.

Fevralın sonuna ölkədə 320 publik hüquqi şəxs, 17 082 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Xarici investisiyalı kommersiya hüquqi şəxslərin 11 544-ü aktivdir, 4 631-nin fəaliyyəti dayandırılıb, 907-i isə ləğv edilib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% atıb.

Son xəbərlər

Orphus sistemi