Azərbaycanda elektron ticarət dövriyyəsi 2,4 dəfə artıb

Azərbaycanda elektron ticarət dövriyyəsi 2,4 dəfə artıb Yanvar ayında elektron ticarət dövriyyəsi 3,1 mln. manat təşkil edib
Biznes
23 Fevral , 2017 18:45
Azərbaycanda elektron ticarət dövriyyəsi 2,4 dəfə artıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 3,1 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,4 dəfə çox istehlak məhsulları satılıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni ayına nisbətən müqayisəli qiymətlərlə 1,3% artaraq 2,6 mlrd. manat olub. Hesabat ayında pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla 265,7 manatlıq və ya 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 31,8 manat çox əmtəə alıb.

Son xəbərlər

Orphus sistemi