Azərbaycanda Elektron Kredit Platforması fəaliyyətini dayandırıb

Azərbaycanda Elektron Kredit Platforması fəaliyyətini dayandırıb İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu iş adamlarına müraciət edib
Biznes
15 Fevral , 2021 16:04
Azərbaycanda Elektron Kredit Platforması fəaliyyətini dayandırıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu iş adamlarına müraciət edib.

"Report"un məlumatına görə, müraciətdə deyilir ki, Fondun koronavirus (COVID-19) pandemiyasından zərərçəkən sahələrə dəstək üzrə layihəsi olan “Elektron Kredit Platforması”nın fəaliyyətində problem yaranıb və sistem işini müvəqqəti dayandırıb.

Hazırda onun üzərində müvafiq işlər aparılır və ən qısa zamanda problem aradan qaldırılacaq.

Son xəbərlər

Orphus sistemi