Bakı. 24 aprel. REPORT.AZ/ Kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 75,2 mln. manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 72,1%, elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Beş ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 17,0%, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,4 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 41,5% artıb.