Azərbaycanda "e-KOB Evi"nin istifadəyə verilməsinə hazırlıq gedir

Azərbaycanda "e-KOB Evi"nin istifadəyə verilməsinə hazırlıq gedir İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "e-KOB Evi" istifadəyə verməyə hazırlaşır.
Biznes
24 İyun , 2022 11:54
Azərbaycanda e-KOB Evinin istifadəyə verilməsinə hazırlıq gedir
Orxan Məmmədov

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "e-KOB Evi" istifadəyə verməyə hazırlaşır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda bildirib.

"KOB Evləri bizneslərə G2B və B2B xidmətləri təklif edən bir pəncərədir. Yeni təşəbbüslə KOB evinin xidmətləri non-stop-shop rejimdə təmin olunacaq və KOB-lar üçün daha əlçatan olacaq. Sadalananlar KOBİA-nın təmin etdiyi dəstək və xidmətlərin bir hissəsini təşkil edirlər. Əminəm ki, dövlətimizin yeni sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq aidiyyəti maraqlı tərəflərin, o cümlədən özəl sektorun birgə fəaliyyəti ilə iqtisadiyyatın şaxələndirilməsi və innovativ inkişafın təmin edilməsi istiqamətində daha yüksək nəticələr əldə olunacaq", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi