Azərbaycanda dövlət satınalmaları zamanı təkliflərin qüvvədə olma müddəti müəyyən edilir

Azərbaycanda dövlət satınalmaları zamanı təkliflərin qüvvədə olma müddəti müəyyən edilir Azərbaycanda dövlət satınalmaları zamanı təkliflər açıldığı gündən 30 iş günü müddətində qüvvədə olacaq.
Biznes
22 iyun 2023 07:18
Azərbaycanda dövlət satınalmaları zamanı təkliflərin qüvvədə olma müddəti müəyyən edilir

Azərbaycanda dövlət satınalmaları zamanı təkliflər açıldığı gündən 30 iş günü müddətində qüvvədə olacaq.

"Report" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Dövlət satınalmaları haqqında” qanun layihəsində öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, satınalma komissiyası ən çoxu təkliflərin ilkin qüvvədə olduğu müddət qədər təkliflərin qüvvədə olma müddətinin uzadılmasını təchizatçılardan tələb edə bilər. Təchizatçı təklifin təminatına olan hüququnu itirmədən satınalma komissiyasının belə tələbindən imtina edə bilər. Təkliflərin qüvvədə olma müddətinin uzadılması tələbi ilə razılaşan təchizatçılar təklifin təminatının qüvvədə olma müddətinin bu Qanunun tələbləri nəzərə alınmaqla uzadılmasını və ya uzadılmış müddət üçün yeni təminatın verilməsini təmin edir. Təchizatçı təkliflərin təqdim edilməsi müddəti bitənədək öz təklifini dəyişdirə və ya geri götürə bilər.

Son xəbərlər

Orphus sistemi