Azərbaycanda dövlət satınalmaları üzrə maliyyə əməliyyatları monitorinq ediləcək

Azərbaycanda dövlət satınalmaları üzrə maliyyə əməliyyatları monitorinq ediləcək Azərbaycanda dövlət satınalmaları üzrə maliyyə əməliyyatlarının monitorinqi mexanizminin yaradılması planlaşdırılır.
Biznes
4 Aprel , 2022 17:45
Azərbaycanda dövlət satınalmaları üzrə maliyyə əməliyyatları monitorinq ediləcək

Azərbaycanda dövlət satınalmaları üzrə maliyyə əməliyyatlarının monitorinqi mexanizminin yaradılması planlaşdırılır.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə və Maliyyə Monitorinqi Xidmətinə həvalə olunub.

Dövlət satınalmalarından əldə edilən vəsaitlərlə bağlı əməliyyatların müntəzəm monitorinqi sisteminin qurulması, dövlət satınalmaları ilə bağlı əməliyyatların müntəzəm monitorinqi vasitəsilə pul vəsaitlərindən qeyri-qanuni məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılması, dövlət satınalmaları sahəsində mövcud risklərə münasibətdə proaktiv mübarizə sisteminin formalaşdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi