Azərbaycanda "Dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya" hazırlanıb

Azərbaycanda "Dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya" hazırlanıb Bakı. 30 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkili məqsədilə nazir müavini Sahib Məmmədovun rəhbərliyi ilə qurumda yaradılmış işçi qrupun ilk iclası keçirilib. 
Biznes
30 Noyabr , 2017 12:31
Azərbaycanda Dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya hazırlanıb

Bakı. 30 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkili məqsədilə nazir müavini Sahib Məmmədovun rəhbərliyi ilə qurumda yaradılmış işçi qrupun ilk iclası keçirilib. 

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məluma görə, iclasda Təhsil, Maliyyə, Vergilər və Ədliyyə nazirliklərinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edib. Sözügedən Strateji Yol Xəritəsinin Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrasının sürətləndirilməsi və qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə əsas icraçı qurumlar, habelə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əlaqəli və birgə fəaliyyətin təmin edilməsi, eləcə də tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icrası üçün zəruri və tələb olunan tədbirlərin görülməsi istiqamətində müzakirələr aparılıb.

Eyni zamanda, iclasda Tədbirlər Planının müvafiq yarımbəndinin icrası məqsədilə İqtisadiyyat Nazirliyinin "Dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya"nın layihəsi müzakirə olunub və işçi qrupunun üzvlərinin müvafiq rəy və təklifləri nəzərə alındıqdan sonra Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb. Bundan başqa, işçi qrupunun növbəti iclasının İİTKM-də və həmin iclasda hər bir qurumun əsas icraçısı olduğu tədbirlər üzrə hesabatlarının dinlənilməsi müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi