Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
Biznes
23 Yanvar , 2018 11:46
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib
Report

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

“Report” Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri yeni sahibini tapıb.

Onların bir qisminin fəaliyyətini genişləndirməklə yaxşı qazanc əldə etmək mümkündür. Məsələn, Göygöl şəhərindəki 2 saylı hamam xidmət sahəsində gəlirli hesab olunur. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 1500 kv.m-dən çoxdur. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Bundan başqa, Bakının Sabunçu rayonunda yerləşən 4 saylı qeyri-yaşayış sahəsi də əlverişli obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-dən çox, torpaq sahəsi isə 4 500 kv.m-ə yaxındır.

Hərracda özəlləşdirilmiş daha bir istifadəsiz qeyri-yaşayış sahəsi Kürdəmir rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 133,2 kv.m-dir.

Hərracın nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Son xəbərlər

Orphus sistemi