Azərbaycanda daha bir texniki yardım layihəsinin icrası başa çatıb

Azərbaycanda daha bir texniki yardım layihəsinin icrası başa çatıb Avropa İttifaqının maliyyələşdirdiyi, İqtisadiyyat Nazirliyi və nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” texniki y
Biznes
1 aprel 2022 11:29
Azərbaycanda daha bir texniki yardım layihəsinin icrası başa çatıb

Avropa İttifaqının maliyyələşdirdiyi, İqtisadiyyat Nazirliyi və nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” texniki yardım layihəsi başa çatıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, layihə 2019-cu ilin may ayından Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında həyata keçirilib. Layihə çərçivəsində ənənəvi kənd təsərrüfatı və ərzaq məhsullarının təşviqi və marketinqinə təsir edən qanunvericilik təhlil olunub və tövsiyyələr hazırlanıb, hədəf qrupları üçün təlim, seminar və dəyirmi masalar təşkil olunub, məktəblilərin və ictimaiyyətin sağlam qidalanması və bəslənməsi haqqında tədris materialı, tələbələr üçün “Azərbaycanın ənənəvi qida məhsulları, bəslənmə və sağlam qidalanma” adlı kurrikulum hazırlanıb, 10 adda ənənəvi qida məhsulları müəyyən edilərərək onların təşviqi istiqamətində tədbirlər görülüb.

Bu gün İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, KOBİA, Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət qurumlarının nümayəndələrinin, eləcə də beynəlxalq və yerli ekspertlərin iştirakı ilə layihənin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Son xəbərlər

Orphus sistemi