Azərbaycanda daha 56 dövlət əmlakı hərraca çıxarılır

Azərbaycanda daha 56 dövlət əmlakı hərraca çıxarılır Hərrac iyunun 8-də keçiriləcək
Biznes
17 May , 2021 14:22
Azərbaycanda daha 56 dövlət əmlakı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 8-də hərrac təşkil ediləcək. Hərraca 56 dövlət əmlakı çıxarılacaq. Bunlara 35 səhmdar cəmiyyətinin səhmləri, 21 kiçik dövlət müəssisəsi və yarımçıq tikili aiddir.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3yg2srx )

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Son xəbərlər

Orphus sistemi