Azərbaycanda daha 4 sahibkar “Startap” şəhadətnaməsi alıb

Azərbaycanda daha 4 sahibkar “Startap” şəhadətnaməsi alıb İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
Biznes
9 Mart , 2022 16:20
Azərbaycanda daha 4 sahibkar “Startap” şəhadətnaməsi alıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 36-yə çatıb.

“Startap” şəhadətnaməsi "Push 30" MMC-nin idman zallarının xidmətlərinin satışı üzrə vasitəçilik edən onlayn platforma və mobil tətbiq (www.push30.az), "G-khan" MMC-nin müstəqil kuryerlər və sifarişçilər arasında vasitəçi xidməti (www.11delivery.com), “Clickusta” MMC-nin mobil telefon təmiri xidmətlərinin onlayn təşkili ilə bağlı vasitəçi xidməti (www.clickusta.az) və “Otobaza Azerbaijan” MMC-nin avtomobil ehtiyat hissələri üçün marketpleys (www.otobaza.com) layihələri üçün təqdim edilib.

Şəhadətnamə KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Son xəbərlər

Orphus sistemi