Azərbaycanda daha 3 faydalı qazıntı yatağı hərraca çıxarılır

Azərbaycanda daha 3 faydalı qazıntı yatağı hərraca çıxarılır İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) daha 3 faydalı qazıntı yatağını hərraca çıxarır.
Biznes
12 May , 2022 17:40
Azərbaycanda daha 3 faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) daha 3 faydalı qazıntı yatağını hərraca çıxarır.

"Report" quruma istinadən xəbər verir ki, hərrac iyunun 14-də, saat 15:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcək.

ƏMDX-nın Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə təşkil edəcəyi hərraca Qobustanda yerləşən “Nabur” (1,1 ha), Qaradağda “Gülbaxt” (12 ha) və Qəbələdə olan “Xırxatala” (6 ha) faydalı qazıntı yataqları çıxarılacaq.

İddiaçılar sənədlərini iyunun 7-si saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında təqdim edə bilərlər.

Hərrac elanı ilə ƏMDX-nın internet səhifəsində (https://bit.ly/3L6YQ0h) və “Özəlləşdirmə portalı”nda (https://bit.ly/3Pf1cgG ) tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi