Azərbaycanda daha 24 dövlət əmlakı hərraca çıxarılacaq

Azərbaycanda daha 24 dövlət əmlakı hərraca çıxarılacaq Fevralın 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.
Biznes
126
14 Yanvar , 2022 17:00
Azərbaycanda daha 24 dövlət əmlakı hərraca çıxarılacaq

Fevralın 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, hərraca 24 əmlak - o cümlədən 11 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 12 nəqliyyat vasitəsi çıxarılacaq.

Bu dəfə də hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət baxımından çoxçeşidlidir. Belə ki, ilkin satış qiyməti 2.450 manat və 102.500 manat aralığında olan əmlaklar Mingəçevir, Şəmkir, Balakən, Xızı və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Yaponiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2009-cu illər arasında dəyişir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3mmNVpB ).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Son xəbərlər

Orphus sistemi