Azərbaycanda daha 21 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda daha 21 dövlət əmlakı özəlləşdirilib Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib
Biznes
12 İyul , 2017 10:35
Azərbaycanda daha 21 dövlət əmlakı özəlləşdirilib

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.

“Report” Komitəyə istinadən xəbər verir ki, hərracda 1-i “Lənkəran Broyler” ASC, 8-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 21 dövlət əmlakı özəlləşdirilib.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 4-ü Bakıda - Sabunçu, Nəsimi, Pirallahı, Qaradağ rayonlarında, 4-ü isə Sumqayıt, Lənkəran, Cəlilabad və Oğuzda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən 11-i paytaxtda, 1-i isə regionda yerləşir. Əmlaklar tikinti, ticarət, təmir, sahəsinə aiddir.

Hərraca çıxarılan 1 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi investorlar arasında rəqabət yaradıb. Bakının Qaradağ rayonunda yerləşən 60 saylı mağaza ilkin satış qiymətindən 6 daha baha özəlləşdirilib. Belə ki, 23,5 min manata təqdim olunan kiçik dövlət müəssisəsinə sonda 151 min manat qiymət təklif edilib. Həmçinin paytaxtın Yasamal rayonunda yerləşən, ümumi faydalı sahəsi 57,7 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsinin start qiyməti 100 min manat olsa da, o, 162 min manata sahibini tapıb. Digər rəqabətli şəkildə özəlləşdirilən əmlak Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Beləki, ümumi faydalı sahəsi 28,2 kv.m olan əmlakın ilkin satış qiyməti 3,5 manat olsa da, bu məbləğ 9 min manata qədər artıb.

Hərracda daha az investisiya tələb edən əmlaklar da özəlləşdirilib. Bunlara misal olaraq Bakının Nəsimi rayonunda yerləşən, ümumi faydalı sahəsi 28,8 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsini və Sabunçu rayonunda yerləşən 37 saylı mağazanı göstərmək olar.

“Lənkəran Broyler”in 30%-lik səhm paketi isə 50 289 manata özəlləşdirilib.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 18-də keçiriləcəkdir. Hərraca ümumilikdə 124 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Son xəbərlər

Orphus sistemi