Azərbaycanda buğdanın dərin emalına dair investisiya imkanı araşdırılacaq

Azərbaycanda buğdanın dərin emalına dair investisiya imkanı araşdırılacaq İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azərşəkər" MMC arasında buğdanın dərin emalı layihəsi üzrə birgə investisiya imkanını araşdırmağa dair Anlaşma Memorandumu imzalanıb.
Biznes
10 avqust 2023 07:07
Azərbaycanda buğdanın dərin emalına dair investisiya imkanı araşdırılacaq

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azərşəkər" MMC arasında buğdanın dərin emalı layihəsi üzrə birgə investisiya imkanını araşdırmağa dair Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Nazir qeyd edib ki, layihə yerli istehsalın inkişafına və idxaldan asılılığın azalmasına mühüm təkan verəcək.

Son xəbərlər

Orphus sistemi