Azərbaycanda bu il sahibkarlara 21 milyon manat faiz subsidiyası ödənilib

Azərbaycanda bu il sahibkarlara 21 milyon manat faiz subsidiyası ödənilib Bu ilin əvvəlindən martın 10-na qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində sahibkarlara 21 milyon manat faiz subsidiyası ödəyib.
Biznes
16 Mart , 2022 12:47
Azərbaycanda bu il sahibkarlara 21 milyon manat faiz subsidiyası ödənilib

Bu ilin əvvəlindən martın 10-na qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində sahibkarlara 21 milyon manat faiz subsidiyası ödəyib.

“Report” xəbər verir ki, bunu Fondun sədri vəzifəsini icra edən Osman Xaliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə bildirib.

Onun sözlərinə görə, koronavirus *COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara mövcud kredit portfeli üzrə ödənilmiş subsidiyanın məbləği 63,2 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi