Azərbaycanda bu il 50-dək patent qeydiyyatdan keçib

Azərbaycanda bu il 50-dək patent qeydiyyatdan keçib Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda 2017-ci ilin əvvəlindən, təxminən, 40-50 patent qeydiyyatdan keçib.
Biznes
28 Noyabr , 2017 15:33
Azərbaycanda bu il 50-dək patent qeydiyyatdan keçib

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda 2017-ci ilin əvvəlindən, təxminən, 40-50 patent qeydiyyatdan keçib.

“Report"un verdiyi xəbərə görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov bu gün Bakıda “Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda keçirilən regional seminarda məlumat verib.

O bildirib ki, “Patent hüququ” sazişi patent almaq sahəsində mövcud işlərin, ixtira üçün patent almaq məqsədilə verilən iddia ərizələrinin qəbulu və ona baxılması üçün zamanın, mövcud proseslərin sadələşdirilməsi məqsədini daşıyır. O qeyd edib ki, bu sazişə qoşulmaq üçün ilk növbədə milli qanunvericliyin uyğunluğu təmin olunmalıdır. Onun sözlərinə görə, artıq bu proseslərə başlanılıb, patent haqqında qanunverciliyə dəyişiklik üzrə təşəbbüslər layihəsi hazırlanır.

“Yaxın gələcəkdə milli qanunvericiliyə zəruri dəyişiklər ictimaiyyətə və hökumətə təqdim ediləcək. Bundan sonra isə son nəticədə sazişə qoşulmaq üçün müraciət oluna bilər. “Patent hüququ” sazişi ölkələr arasında vahid standartı müəyyənləşdirir. Bu saziş həm iddiaçının, həm də milli patent qurumunun işini asanlaşdırır. Həmçinin proseslərin dəyərinin azalması iqtisadi səmərəliyin yüksəlməsinə səbəb olur", - deyə Komitə rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi