Azərbaycanda bu il 250-yə yaxın xarici müəssisə qeydiyyata alınıb

Azərbaycanda bu il 250-yə yaxın xarici müəssisə qeydiyyata alınıb Bakı. 27 aprel. REPORT.AZ/ 2018-ci il aprelin 1-nə əsasən Azərbaycanda 7 257 xarici, 2 218 birgə müəssisə qeydiyyatdan keçib.
Biznes
27 Aprel , 2018 11:35
Azərbaycanda bu il 250-yə yaxın xarici müəssisə qeydiyyata alınıb
Report

Bakı. 27 aprel. REPORT.AZ/ 2018-ci il aprelin 1-nə əsasən Azərbaycanda 7 257 xarici, 2 218 birgə müəssisə qeydiyyatdan keçib.

“Report”un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, beləliklə, ölkədəki müəssisə və təşkilatların 6%-i xarici müəsssisələrin, 1,8%-i birgə müəssisələrin payına düşüb. Xarici müəssisələrin sayında ilin əvvəli ilə müqayisədə 243 və ya 3,5%, birgə müəssisələrin sayında isə 53 və ya 2,5% artım qeydə alınıb. 

Xatırladaq ki, 2018-ci il yanvar-mart ayları ərzində müəssisə və təşkilatların sayı 2,3% artaraq, 2018-ci il aprelin 1-i vəziyyətinə 121 325 olub. Bunun 10 580 və ya 8,7%-ni dövlət, 1 707 və ya 1,4%-ni bələdiyyə, 109 038 və ya 89,9%-ni xüsusi müəssisələr əhatə edib. 

Son xəbərlər

Orphus sistemi