Azərbaycanda ayaqqabı istehsalı azalıb

Azərbaycanda ayaqqabı istehsalı azalıb Ölkəmizdə bu ilin yanvar-iyul ayları ərzində 112,4 min cüt ayaqqabı istehsal edilib
Biznes
26 avqust 2017 07:18
Azərbaycanda ayaqqabı istehsalı azalıb

Bakı. 26 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 112,4 min cüt ayaqqabı istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu ilin 7 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 22,5% az olub.

İyul ayında ölkədə ayaqqabının qiymətində iyun ayına nisbətən 0,1% artım qeydə alınıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 19,5% artıb.

Son xəbərlər

Orphus sistemi