Azərbaycanda ayaqqabı istehsalı 4 dəfəyə yaxın artıb

Azərbaycanda ayaqqabı istehsalı 4 dəfəyə yaxın artıb Bu ilin yanvar ayında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 39,3 milyon manat dəyərində məhsul istehsal edilib
Biznes
18 Fevral , 2021 11:56
Azərbaycanda ayaqqabı istehsalı 4 dəfəyə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda 39,3 milyon manat dəyərində toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatları, ayaqqabı istehsal olunub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında 3,9 dəfə, toxuculuq sənayesində 10,9% artım, geyim istehsalında isə 10,3 % azalma müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi