Azərbaycanda avtomobil almaq istəyənlərin çoxu onun qiymətinə üstünlük verir - SORĞU

Azərbaycanda avtomobil almaq istəyənlərin çoxu onun qiymətinə üstünlük verir - SORĞU Media Təhlil Mərkəzi (MTM) əhalinin avtomobil alarkən nəyə üstünlük verməsi ilə bağlı sorğu keçirib.
Biznes
103
12 Noyabr , 2021 17:30
Azərbaycanda avtomobil almaq istəyənlərin çoxu onun qiymətinə üstünlük verir - SORĞU

Media Təhlil Mərkəzi (MTM) əhalinin avtomobil alarkən nəyə üstünlük verməsi ilə bağlı sorğu keçirib.

"Report" mərkəzə istinadən xəbər verir ki, 500 nəfər respondent arasında keçirilən sorğuda iştirak edənlərin 63 %-ni kişilər, 37 %-ni isə qadınlar təşkil edib.

Sorğunun nəticələrinə görə, respondentlərin 48 %-i qiymətinə, 41 %-i yanacaq sərfiyyatına, 35 %-i istehsal ilinə, 25 %-i xarici görünüşünə, 25 %-i komfortlu olmasına, 23 %-i texniki təchizatına, 21 %-i təhlükəsizlik baxımından etibarlılığına, 21 %-i mühərrikin gücünə, 15 %-i hansı ölkədə istehsal olunmasına, 15 %-i marka və ya modelin prestijli olmasına, 13 %-i usta məsləhətinə, 3 %-i sərnişin oturacaqlarının sayına üstünlük verdiklərini bildirib, 33 %-i isə avtomobilinin olmadığını qeyd edib.

Sorğu iştirakçılarının 30 %-i avtomobilini avtomobil satışı üzrə vasitəçilərin köməyi ilə əldə etdiyini, 10 %-i həmin markanın ölkəmizdəki rəsmi təmsilçisindən aldığını, 7 %-i isə xaricdən özü gətirdiyini bildirib.

Cavablar göstərir ki, respondentlərin 26 %-i avtomobilini tam öz vəsaiti ilə alıb, 17 %-i kredit götürüb, 3 %-i isə lizinq yolu ilə əldə edib. Sorğuda iştirak edənlərin 25 %-i avtomobili 150-200 min km yürüş məsafəsindən sonra yeniləməyin lazım olduğunu düşünür. Digər 25 %-i 250 min km-dən çox yürüş məsafəsindən sonra, 17,8 %-i 100-150 min km yürüş məsafəsindən sonra, digər 17,8 %-i 200-250 min km yürüş məsafəsindən sonra, 14,4 %-i isə 100 min km yürüş məsafəsindən sonra avtomobili yeniləməyin lazım olduğunu hesab edir.

Son xəbərlər

Orphus sistemi