Azərbaycanda 2018-ci ildən bu günədək kənd təsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə 70 milyon manata yaxın güzəştli kredit ayrılıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu “Apiaz” MMC şirkətinə güzəştli kredit ayırıb: “2019-cu ildə "Apiaz" MMC-nin bal və bal məhsullarının istehsalı və qablaşdırılması layihəsinə 120 min manat güzəştli kredit verilib”.