İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 19-da və 26-da dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərraclar keçirəcək.
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, hərraclara ümumilikdə 72 dövlət əmlakı çıxarılacaq.
Belə ki, sentyabrın 19-da baş tutacaq hərracda 12 kiçik dövlət müəssisəsi və obyekti, 18 avtomobil təqdim ediləcək. Bunların arasında yardımçı təsərrüfat, iaşə obyektləri var. Rusiya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir.
Sentyabrın 26-da keçiriləcək hərracda isə 42 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 2005-2014-cü illər arasında dəyişir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə