Azərbaycanda 668 sahibkar gömrükdə “Yaşıl Dəhliz”dən daimi istifadə edir

Azərbaycanda 668 sahibkar gömrükdə “Yaşıl Dəhliz”dən daimi istifadə edir “İndiyə qədər Azərbaycanda 668 xarici ticarət iştirakçısına “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Biznes
30 Yanvar , 2021 17:20
Azərbaycanda 668 sahibkar gömrükdə “Yaşıl Dəhliz”dən daimi istifadə edir
İsmayıl Hüseynov

“İndiyə qədər Azərbaycanda 668 xarici ticarət iştirakçısına “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini İsmayıl Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bunun 236-sı ixrac, 432-si isə idxal əməliyyatlarına aiddir.

"2019 ilin fevral ayından tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi ölkəmizin ixrac potensialının artırılmasında, ticarətin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsində xüsusi rol oynayır", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi