Azərbaycanda 6 dövlət obyekti icarə müsabiqəsinə çıxarılıb

Azərbaycanda 6 dövlət obyekti icarə müsabiqəsinə çıxarılıb İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 6 obyekt çıxarılıb.
Biznes
21 Sentyabr , 2023 12:38
Azərbaycanda 6 dövlət obyekti icarə müsabiqəsinə çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 6 obyekti qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə çıxarıb.

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Şamaxı, Ağsu, Sabirabad, Xaçmaz, Quba rayonlarında və Mingəçevir şəhərində yerləşən obyektlərin aylıq icarə qiyməti 30 manatdan başlayır.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Sifarişçilər müsabiqədə iştirak etmək üçün okyabrın 9-na qədər Dövlət Xidmətinin aidiyyəti üzrə yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla https://clck.ru/35hdd7 linki vasitəsilə tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi