Azərbaycanda 5 ayda 150 mindən çox "ASAN İmza" sertifikatı verilib

Azərbaycanda 5 ayda 150 mindən çox "ASAN İmza" sertifikatı verilib Bu ilin yanvar-may aylarında Azərbaycanda 100 260 müraciət üzrə 151 927 "ASAN İmza" sertifikatı verilib.
Biznes
12 iyun 2023 09:30
Azərbaycanda 5 ayda 150 mindən çox ASAN İmza sertifikatı verilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda 100 260 müraciət üzrə 151 927 "ASAN İmza" sertifikatı verilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 6,7 minə yaxın vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan "ASAN İmza", onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi