Azərbaycanda 3 səhmdar cəmiyyətin rəhbərliyi yenidən formalaşdırılacaq

Azərbaycanda 3 səhmdar cəmiyyətin rəhbərliyi yenidən formalaşdırılacaq Söhbət “Şəmkir Tikinti Sənaye”, “Bakı Yüngül Metal Konstruksiyaları” və “Mingəçevir Vibrodayaq Zavodu” ASC-lərdən gedir
Biznes
24 Aprel , 2017 08:55
Azərbaycanda 3 səhmdar cəmiyyətin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 24 aprel. REPORT.AZ/ İyunun 8-də, saat 09:00-da “Şəmkir Tikinti Sənaye” ASC, iyunun 9-da saat 10:00-da “Bakı Yüngül Metal Konstruksiyaları” ASC, saat 12:00-da isə “Mingəçevir Vibrodayaq Zavodu” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaqlar müvafiq olaraq Şəmkir rayonunin Seyidlər kəndində, Bakı şəhərinin Binəqədi rayonunun Hacı Zeynalabdin tağıyev küçəsi, 25 ünvanında və Mingəçevir şəhəri, Energetiklər küçəsi, 2 ünvanında olacaq.

Hər 3 yığıncağın gündəliyinə müəssisələrin Müşahidə Şurasının yeni tərkibinin formalaşdırılması, illik hesabatının təsdiq edilməsi və cari məsələlər daxildir.

Xatırladaq ki, “Şəmkir Tikinti Sənaye” ASC 2004-cü ildə, “Bakı Yüngül Metal Konstruksiyaları” ASC 1998-ci ildə, “Mingəçevir Vibrodayaq Zavodu” ASC isə 2002-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 292 018 manat, 4 725 866 manat və 394 002 manatdır. 

Son xəbərlər

Orphus sistemi