Azərbaycanda 18 kiçik müəssisə və 2 yarımçıq tikili hərraca çıxarılacaq

Azərbaycanda 18 kiçik müəssisə və 2 yarımçıq tikili hərraca çıxarılacaq Oktyabrın 5-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 20 dövlət əmlakını hərraca çıxaracaq.
Biznes
7 Sentyabr , 2021 15:36
Azərbaycanda 18 kiçik müəssisə və 2 yarımçıq tikili hərraca çıxarılacaq

Oktyabrın 5-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 20 dövlət əmlakını hərraca çıxaracaq.

"Report" nazirliyə istinadən xəbər verir ki, bunlardan 18-si kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikilidir.

Kiçik dövlət müəssisə və obyektlərinə investorlar üçün maraqlı ola biləcək mağaza, yardımçı təsərrüfat, emalatxana binası, maye qaz satışı sahəsi kimi dövlət əmlakı aiddir. Əksər müəssisələr torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılacaq. Yarımçıq tikililər Xaçmaz və Şamaxı rayonlarında yerləşir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3DTbi16)

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Son xəbərlər

Orphus sistemi