Azərbaycanda 10 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda 10 nəqliyyat vasitəsi özəlləşdirilib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 10 nəqliyyat vasitəsi satılıb.
Biznes
23 avqust 2023 08:35
Azərbaycanda 10 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, dövlət əmlaklarına ümumilikdə 42 sifariş qəbul edilib.

“UAZ” markalı avtomobilin start qiyməti 3 500 manat olsa da, ən son təklif 8 400 manata yüksəlib. Ilkin qiyməti 8 100 manat olan “QAZ 3302” markalı nəqliyyat vasitəsi 8 570 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35QxX7 linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərrac avqustun 29-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi