Azərbaycana humanitar yük idxalı 71% artıb

Azərbaycana humanitar yük idxalı 71% artıb Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycana ötən il ərzində 59 156,3 min dollar dəyərində humanitar yük, təmannasız kömək və texniki yardım idxal olunub.
Biznes
17 Yanvar , 2019 15:04
Azərbaycana humanitar yük idxalı 71% artıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycana ötən il ərzində 59 156,3 min dollar dəyərində humanitar yük, təmannasız kömək və texniki yardım idxal olunub. 

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 523,88 min dollar, yaxud 71% çoxdur.

İxracda isə azalma qeydə alınıb. Hesabat dövründə 130,58 min dollar həcmində humanitar yük, təmannasız kömək və texniki yardım ixrac edilib ki, bu da illik müqayisədə 335,01 min dollar və ya 3,6 dəfə azalma deməkdir.

Son xəbərlər

Orphus sistemi