Azərbaycana gətirilən minik avtomobilləri gömrükdə elektron qaydada bəyan edilə bilər

Azərbaycana gətirilən minik avtomobilləri gömrükdə elektron qaydada bəyan edilə bilər Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydasını elektronlaşdırmağı planlaşdırır.
Biznes
13 dekabr 2022 07:33
Azərbaycana gətirilən minik avtomobilləri gömrükdə elektron qaydada bəyan edilə bilər

Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydasını elektronlaşdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

"Avtomobillərə "Avro-4" standartının verilməsi artıq elektronlaşdırılıb. Dediyim istiqamətdə də iş aparılır. Avtomobillərin gömrük məntəqələrinə gətirilməsi vacib deyil", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi