Azərbaycana bu il tütün məmulatlarının idxalı 29 % azalıb

Azərbaycana bu il tütün məmulatlarının idxalı 29 % azalıb Tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,81 %-ni təşkil edib
Biznes
135
29 Dekabr , 2020 14:19
Azərbaycana bu il tütün məmulatlarının idxalı 29 % azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 78,6 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,8 milyon ABŞ dolları və yaxud 28,8 % azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,81 %-ni təşkil edib.

On bir ay ərzində Azərbaycan həmçinin 13,4 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzedicilərini ixrac edib. Bu isə illik müqayisədə 550 min ABŞ dolları və yaxud 3,94 % azdır.

Hesabat dövründə tütün və onun sənaye əvəzedicilərinin ixracı ümumi ixracın 0,1 %-i qədər olub.

Son xəbərlər

Orphus sistemi